İraq müqaviməti ilk dəfə “Əqsa 1” raketindən istifadə edib

İraq müqaviməti ilk dəfə “Əqsa 1” raketindən istifadə edib

İraq İslami Müqaviməti ilk dəfə olaraq Amerika bazalarını hədəf almaq üçün “Əqsa 1” orta mənzilli raketdən istifadə etdiyini açıqlayıb.

İraq mediası və yerli Suriya mənbələri bu gün səhər (bazar ertəsi) İraqın şimalında və qərbində və Suriyanın şərqində ABŞ-ın 3 bazasına 5 hücum edildiyini bildirib.

İraq mənbələrindən alınan məlumatlara görə, bu gün səhər saatlarında Ərbil hava limanı yaxınlığındakı “Hərir” bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb və bu hücumdan əvvəl İraqın Əl-Ənbar vilayətindəki “Eynul-Əsəd” bazası da raket hücumu ilə hədəfə alınıb.

Əl-Məyadinin məlumatına görə, İslam müqavimətinin elanına əsasən, Əqsa-1 raketi ilk dəfə olaraq İraq və Suriyadakı Amerika işğalçılarının bazalarını hədəfə almaq üçün istifadə edilib.

İraq İslam Müqaviməti də bu barədə məlumat yayıb.

Bu raketdən istifadənin açıqlanması işğalçı rejimin amerikalıların rəhbərliyi ilə Qəzzəyə hücumunda törətdiyi cinayətlərə cavab olaraq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − three =