İraq müqaviməti sionist rejim mövqelərinə dron hücumunu dayandırmır

İraq müqaviməti sionist rejim mövqelərinə dron hücumunu dayandırmır

Fələstin xalqına dəstək verən İraq müqavimət dəstələri İşğal olunmmuş Cövlanda məskunlaşan sionist rejim hərbçiilərinə pilotsuz təyyarə ilə hücm etdiyindən xəbər verib.

Əl Aləm telekanalının məlumatına əsasən, İraq müqaviməti bu gün səhər (18 mart) bəyanat yayaraq Suriyanın işğal olunmuş Cövlan yüksəkliklərində sionist rejimin hərb düşərgəsinə dronla hədəfə aldığını elan edib.

İraq müqavimət dəstələri həmçinin elan edib ki, mübarək Ramazan ayı ərzində düşmən mövqelərinə hücumlarını daha da şiddətləndirəcək.

Qeyd edək ki, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah da ötən günlərdə İraq müqavimət dəstələrinin sionist rejim tərəfindən işğal olunmuş torpaqlarına hücumlarının davam edəcəyindən xəbər vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 − 2 =