İraq və Suriyada 45 Amerika əsgəri yaralanıb

İraq və Suriyada 45 Amerika əsgəri yaralanıb

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) müqavimət qruplarının Suriyadakı “Əl-Tənf” və İraqdakı “Ayn əl-Əsəd” bazalarına hücumları nəticəsində bu ölkənin 45 əsgərinin yaralandığını etiraf edib.

 “NBC News” kanalı bazar ertəsi axşam məlumatlı mənbələrə istinadən xəbər verir ki, ölkənin Qərbi Asiyadakı bazalarına son hücumlar nəticəsində yaralanan amerikalı əsgərlərin sayı 45-ə çatıb.

Bu mənbələrin məlumatına görə, qeyd olunanlardan 24 amerikalı əsgər İraq və Suriyadakı bazalarına edilən hücumlar zamanı beyin zədəsi alıb və hazırda həkimlərin nəzarəti altındadır.

Çərşənbə axşamı səhər ABŞ Müdafiə Nazirliyi müqavimət qruplarının Suriyadakı “Ət-Tənif” və İraqdakı “Eynul-Əsəd” bazalarına hücumları nəticəsində bu ölkənin 45 əsgərinin yaralandığını təsdiqləyib.

İşğal olunmuş Fələstin torpaqlarında müharibənin şiddətlənməsinin ardından son bir neçə gündə İraq və Suriyanın müxtəlif bölgələrindəki Amerika bazalarına hücum edilib və bu hücumlar nəticəsində onlarla Amerika əsgəri yaralanıb.

Müqavimət hücumları Amerika işğal qüvvələrini cəmi bir həftə ərzində səfirin və əsas heyətin ölkədən getməsinə əlavə olaraq, İraqdakı hərbi və “mülki” personalının üçdə ikisini geri çəkməyə məcbur etdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =