İraqda deputatın ailəsinə hücum nəticəsində 10 nəfər həlak olub

İraqda deputatın ailəsinə hücum nəticəsində 10 nəfər həlak olub

İraqın şərqindəki Diyala əyalətində yerli deputatın qohumlarına hücum nəticəsində azı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.

Bu barədə “Reuters“ agentliyi İraqın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Hücum Diyala vilayətinin Ümraniyə kəndi yaxınlığında baş verib. Naməlum şəxslər yol kənarına yerləşdirilmiş iki bomba ilə adı açıqlanmayan yerli deputatın qohumlarına hücum edib, snayperlə atəş açıb. Agentlik bildirir ki, hadisə baş verən ərazidə komendant saatı tətbiq edilib.

Bundan başqa, İraqın “Alsumaria” telekanalındakı mənbə Ümraniyədə “snayper silahlarından istifadə edilən terror aktı”nın baş verdiyini bildirib. Hücum nəticəsində 3 nəfər ölüb, daha 5 nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × four =