İraqdakı Eynül-Əsəd bazasına raket hücumu nəticəsində 10 Amerika əsgəri yaralanıb

İraqdakı Eynül-Əsəd bazasına raket hücumu nəticəsində 10 Amerika əsgəri yaralanıb

Ötən gün ABŞ-ın İraqdakı Eynül-Əsəd hərbi bazasına raket hücumu nəticəsində azı 10 amerikalı əsgər yaralanıb.

Amerikalı bir rəsmi, müqavimət qüvvələrinin İraqdakı Amerika qüvvələrinin bazasına hücumu nəticəsində Amerika əsgərlərinin yaralandığını açıqlayıb.

Əl-Cəzirə xəbər kanalına müsahibə verən bu amerikalı rəsmi əlavə edib: “Dünən qüvvələrimiz İraqdakı Eynül-Əsəd bazasında raketlə hücuma məruz qalıb, bu zaman 10 əsgər yaralanıb.

Qəzzada müharibə başlayandan bəri İraq müqaviməti dəfələrlə İraqın qərbindəki Eynül-Əsəd və İraqın şimalındakı Əl-Hərir bazasını hədəf alıb.

İraqın “Seyiddüşl-Şühada” müqavimət qrupunun baş katibi “Əbu Əla Əl-Vəlai” də Əl-Məyadin-ə bildirib ki, İsrail rejiminin Qəzzaya hücumları davam etdikcə bu hücumlar dayanmayacaq.

Amerika mediası daha əvvəl xəbər vermişdi ki, Fələstin müqavimət hərəkatının “Əqsa tufanı” kimi tanınan sionist rejimə qarşı əməliyyatından sonra bu hücumlar nəticəsində 60-dan çox Amerika əsgəri yaralanıb. Bu əsgərlərdən bəziləri yüngül beyin sarsıntısı keçirib.

İraqın şimalındakı Hərir bazası da sionist rejimin Qəzzəyə hücumu başlayandan bəri dəfələrlə pilotsuz təyyarələrin hücumlarına məruz qalıb.

Amerika sionistlərin Qəzza zolağına hərtərəfli təcavüzündə sionist rejimin ən mühüm dəstəkçisidir. Beynəlxalq qurumlar bəyan ediblər ki, sionist rejimin Qəzzəyə təcavüzü nəticəsində baş verən dağıntı və tələfatların miqdarı sözlə ifadə edilə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + sixteen =