İraqlılar Fələstin müqaviməti sıralarına qoşulmağa hazırlaşır

İraqlılar Fələstin müqaviməti sıralarına qoşulmağa hazırlaşır

Bu barədə Əl-Aləm Xəbər Şəbəkəsinin Bağdaddakı müxbiri Navid Behruz məlumat verib.

Böyük izdiham Fələstin xalqına dəstək olmaq və sionist işğalına qarşı müqavimətin qələbəsi bayramında iştirak etmək üçün Bağdadın Təhrir meydanına gəlib.

Əl-Aləm Xəbər Şəbəkəsinin Bağdaddakı müxbiri Nəvid Behruz bildirib ki, İraq xalqı Əl-Əqsa tufanı əməliyyatının başlamasından sonra Fələstin xalqına dəstək və həmrəylik elan edib.

O, vurğulayıb: Bu yürüş İraq və Fələstin bayraqlarını qaldıran və “Əqsa tufanı” əməliyyatına dəstək şüarları səsləndirən bütün İraq xalq qruplarının iştirakına şahid oldu.

Behruz vurğulayıb ki, iştirakçılar sionist ordusuna qarşı Fələstin müqaviməti ilə yanaşı döyüşdə iştirak etməyə hazır olduqlarını bəyan ediblər.

O, deyib: İraqın Fələstin məsələsini dəstəkləməkdə mövqeyi aydındır və İraq hökuməti, hakimiyyət orqanları və xalqı bu məsələdə həmrəydir.

Bu yürüşdə nümayişçilər ABŞ və sionist rejimin bayrağını yandıraraq, ABŞ-ın sionist rejimə qeyri-məhdud dəstəyi və Qərbin sionist rejimin Qəzzəyə təcavüzü ilə bağlı susqunluğuna qəzəblərini ifadə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 4 =