İrlandiya: Qəzza zolağının davamlı bombalanması əks nəticələr verəcək

İrlandiya: Qəzza zolağının davamlı bombalanması əks nəticələr verəcək

İrlandiyanın baş naziri Leo Varadkar sionist rejimin Qəzzə zolağına vəhşicəsinə hücumlarının əks nəticə verəcəyini bəyan edərək, Qəzzə zolağının bombalanmasının İsrailin təhlükəsizliyini azaldacağını vurğulayıb.

İRNA-nın Əl-Cəzirə telekanalına istinadən verdiyi xəbərə görə, Varadkar əlavə edib: İsrail (rejim) Qəzza zolağında hərbi qələbə qazana bilər, lakin Tel-Əvivin hərəkətləri son nəticədə özünün uzunmüddətli təhlükəsizliyi baxımından strateji uğursuzluğa çevrilə bilər.

İRNA-nın məlumatına görə, Fələstin müqavimət qrupları 7 oktyabr 2023-cü il tarixində Qəzzadan (Fələstinin cənubu) İsrail rejiminin mövqelərinə qarşı “Əqsa tufanı” adlı sürpriz əməliyyata başlayıb.

Həmas ilə İsrail arasında 4 günlük müvəqqəti atəşkəsin sona çatmasının ardından Qətər vasitəçi ölkələrdən biri olaraq HƏMAS və Tel-Əviv arasında atəşkəsin 48 saat uzadılmasına dair razılaşma əldə edildiyini açıqlayıb. HƏMAS həmçinin, Qətər və Misirlə əvvəlki atəşkəsin eyni şərtlərinə əsaslanaraq müvəqqəti humanitar atəşkəsin daha 2 gün uzadılmasına dair razılığa gəldiyini bildirib.

Nəhayət, 2023-cü il dekabrın 1-i, cümə günü səhər saatlarında müvəqqəti atəşkəs başa çatdı və sionist rejim Qəzzəyə hücumlarını bərpa etdi. Bu rejim “Əqsa tufanı”nın qəfil hücumlarına cavab vermək və məğlubiyyətini kompensasiya etmək və müqavimət əməliyyatlarını dayandırmaq üçün Qəzza zolağının bütün keçidlərini bağlayıb və bu ərazini bombalayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × two =