İRNA: “BRİKS” beynəlxalq səviyyədə təkqütblülüyün qarşısındadır

İRNA: “BRİKS” beynəlxalq səviyyədə təkqütblülüyün qarşısındadır

İRNA-nın baş direktoru “TV BRICS” kanalı ilə memorandumun imzalanması mərasimində deyib: “İnkişaf etməkdə olan iqtisadi güclər (BRİKS) dünya sistemində təkqütblülüyün qarşısındadır və müstəqil ölkələrə qarşı iqtisadi və siyasi sahədəki mövcud yanlış proseduru dəyişə bilərlər.”

Əli Nadiri “TV BRICS” telekanalının baş direktoru Yana Tolstikova ilə görüşdə Cənubi Afrikanın Beynəlxalq Məhkəmədə sionist rejimin hərbi cinayət işinin təqib edilməsindəki addımına toxunaraq deyib: “Dünya düzənində dəyişikliklərin əlamətlərini Qəzzada baş verən son cinayətlərə verilən reaksiyalarda görmək olar. Halbuki, Amerika BMT-nin sionist rejim əleyhinə qəbul etdiyi qətnamələrə üç dəfə veto qoyub.”

İRNA-nın baş direktoru əlavə edib: “Cənubi Afrika BRİKS üzvlərindən biri kimi sionist rejimin işini Haaqa Məhkəməsində izləməklə, İsrailin müharibə cinayətkarı kimi qınanmasına səbəb oldu.”

BRİKS qrupunun üzvləri arasında media əməkdaşlığını vurğulayan Nadiri İRNA və TV BRICS arasında anlaşma memorandumunun gələcəkdə geniş əməkdaşlığın başlanğıcı ola biləcəyinə ümidvarlıq ifadə edib.

Görüşdə Yana Tolstikova da telekanalın fəaliyyətini təqdim etməklə yanaşı, İRNA ilə anlaşma memorandumunun imzalanmasından məmnunluğunu bildirib.

İslam Respublikası Xəbər Agentliyi (İRNA) və TV BRICS media qrupu bu gün (çərşənbə, 21 fevral) birgə memorandum imzalamaqla media əməkdaşlığına başlayıblar.

Xəbər, foto, videoklip və analitik materialların mübadiləsi İRNA və TV BRICS arasında anlaşma memorandumunun ən mühüm hissəsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 1 =