İşğal altındakı Qüdsdə şəhidlik əməliyyatı: 1 ölü, 8 yaralı

İşğal altındakı Qüdsdə şəhidlik əməliyyatı: 1 ölü, 8 yaralı

İşğal olunmuş Qüds bu gün səhər (cümə axşamı) bir sionistin ölümü və 8 israillinin yaralanması ilə nəticələnən şəhidlik əməliyyatının şahidi olub.

Bu gün (30 noyabr cümə axşamı) Fələstin mediası işğal altındakı Qüdsdə yeni şəhidlik əməliyyatının həyata keçirildiyini elan edib.

Fələstinin “Şahab” internet saytı təcili xəbərdə işğal altındakı Qüdsdə yerləşən “Ramot” qəsəbəsindəki avtovağzalda atışma nəticəsində 8 sionistin yaralandığını, bəzilərinin vəziyyətinin ağır olduğunu bildirib.

Bundan sonra sionist mediası bir mühacir qadının öldürüldüyünü və 8 nəfərin yaralandığını açıqlayıb.

İsrail qüvvələri dərhal hadisə yerinə gəlib.

Sionist mediası bu əməliyyatı həyata keçirənlərin 3 fələstinli olduğunu və hər 3-nün İsrail əsgərləri tərəfindən şəhid edildiyini iddia edib.

İşğalçılara qarşı bu şəhadət əməliyyatı Fələstinli Əsirlər və Azad İnsanların İşləri üzrə Komitəsinin verdiyi məlumata görə, sionist hərbçilərin oktyabrın 7-dən Qəzzaya qarşı müharibənin başlanğıcından bir neçə gün əvvələ qədər İordan çayının qərb sahilində və işğal olunmuş Qüdsdə 3200 fələstinli həbs edildiyi bir vaxtda həyata keçirilir.

İsrail mediası yazıb: Qüdsdə vəziyyət stabil deyil və hamı bilir ki, hər an başqa bir oxşar əməliyyat baş verə bilər. İlkin araşdırmalar əsasında məlum olub ki, bu əməliyyatı həyata keçirən şəxslər həm soyuq silahdan (bıçaq), həm də odlu silahdan istifadə ediblər. İki fələstinli Şərqi Qüdsün “Sur Baher” məhəlləsindən maşınla əməliyyat yerinə özünü çatdırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + four =