İslam Əməkdaşlıq Təşkilatının Qəzzadakı hadisələrlə bağlı fövqəladə iclası keçiriləcək.

İslam Əməkdaşlıq Təşkilatının Qəzzadakı hadisələrlə bağlı fövqəladə iclası keçiriləcək.

Oktyabrın 18-də Səudiyyə Ərəbistanın Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan ölkələrin xarici işlər nazirlərinin fövqəladə iclası keçiriləcək.

İslam Əməkdaşlıq Təşkilatı bəyanat yayaraq, oktyabrın 18-də Qəzza zolağında baş verən hadisələri nəzərdən keçirmək üçün bu təşkilatın fövqəladə iclasının keçiriləcəyini açıqlayıb.

“Mehr” xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Sputnik İnformasiya Agentliyi məlumat yayıb.

məlumata görə, bu görüş Səudiyyə Ərəbistanının tələbi ilə üzv ölkələrin xarici işlər nazirləri səviyyəsində keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanı Qəzza zolağında işğalçı sionistlərin yaratdığı gərginlikdən sonra yaranmış son böhranı araşdırmaq üçün İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin təcili iclasının keçirilməsini tələb etmişdi.

Xatırladaq ki, Əl-Əqsa Tufanı əməliyyatından sonra sionist rejim ordusunun Qəzza zolağının şimal, şərq və qərb bölgələrinə hücumları davam edir, sionist işğalçılar bu bölgədəki tibb işçilərini, jurnalistləri və xidmət qüvvələrinidə qəsdən hədəfə alırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two − one =