İslam İnqilabının Böyük Rəhbərinin müşaviri : İran heç bir xarici tərəfin daxili işlərinə qarışmasına icazə vermir

İslam İnqilabının Böyük Rəhbərinin müşaviri : İran heç bir xarici tərəfin daxili işlərinə qarışmasına icazə vermir

Ali Məqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Mərakeş iclasının bəyanatını pisləyərkən deyib ki, İran heç bir xarici tərəfin onun daxili işlərinə qarışmasına icazə vermir.

Ərəb-Rusiya Əməkdaşlıq Forumunun altıncı iclası çərşənbə günü (dekabrın 20-də) Mərakeşdə bu ölkənin xarici işlər naziri Nasir Buritenin sədrliyi və Rusiya xarici işlər naziri Sergey Lavrovun və ərəb ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə keçirilib , Bəyanatın bir hissəsində isə üç İran adası ilə bağlı əsassız iddialar təkrarlanıb.

İran İslam İnqilabının Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Mərakeşdə keçirilən iclasın bəyanatını pisləyərək vurğulayıb ki, İran heç bir xarici tərəfin onun daxili işlərinə qarışmasına icazə vermir.

Əli Əkbər Vilayəti Təsnim xəbər agentliyinin müxbiri ilə söhbətində deyib: “Fələstinlilərin taleyinə biganə qalan bəzi ərəblər və rusiyalı ekspertlərin qəbul etdiyi bəyanatda ciddi çatışmazlıqlar var və onun ən əhəmiyyətlisi İranın işlərinə müdaxilə olan bənddir və biz bu hərəkəti pisləyirik”.

siyasi münaqişələrdə iştirak edən dövlətlər İran İslam Respublikası ilə bağlı mövqelərində daha diqqətli olmalıdırlar. Bu baxımdan ikitərəfli və regional maraqlar nəzərə alınmalıdır.-Vilayəti əlavə edib.

Vilayətinin sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyinin bəzi mövqeləri təəssüf doğurur. Lakin onu bilmək lazımdır ki, mövcud mürəkkəb şəraitdə Rusiyanın bəzi siyasi təzyiqlər nəticəsində aşağı dəyər və əlçatmaz imtiyazlar əldə etmək üçün atdığı addım onun reputasiyasına xələl gətirəcək.

Aliməqamlı Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri sonda vurğulayıb ki, İran İslam Respublikası üç adanın əsas sahibi olaraq özünün milli və regional maraqları naminə bədxah qüvvələrin hərəkətlərini bundan sonra da diqqətlə izləyəcək və lazımi cavabı verəcəkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 2 =