İslam ölkələri bu kampaniyaya qoşulacaqlarmı?

İslam ölkələri bu kampaniyaya qoşulacaqlarmı?

İran İslam İnqilabının aliməqamlı lideri xunta İsrail rejiminə neft embarqosu tətbiq etməklə bağlı çağırışlarını gücləndirir.

Nyu-Yorkda nəşr olunan S&P Global jurnalı bu haqda yazır ki, İran rəhbəri İsraillə “iqtisadi əməkdaşlığı dayandırmağa” çağırıb.

Məqalədə deyilir ki, İsrail sutkada 300 min barrel xam neft idxal edir ki, bunun da yarısı Qazaxıstan və Azərbaycandandır.

“Noyabrın 1-də İranın ali lideri Ayətullahül-üzma Əli Xamneyi İslam dövlətlərini İsrailə neft ixracını dayandırmağa çağırıb, çünki Tehran Qəzzədə artan hərbi əməliyyatlara görə OPEC üzvlərindən cavab tədbirləri görmələrini təvəqqe edir.  

“İslam hökumətlərinin təkid etməli olduğu şey Qəzzədə törətdikləri bu cinayətlərin və partlayışların dərhal dayandırılmasıdır. Onlar sionist rejimə neft və ərzaq ixracatının yollarını bağlamalıdırlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidirlər”, – deyə Həzrət Ayətullahül-üzma Xamenei vurğulayıb.

İqtisadi nəşr qeyd edir ki, hər halda, hər hans embarqo əsasən simvolik hərəkət olardı. İsrail demək olar ki, heç bir yerli neft hasilatına malik deyil və Hayfa və Aşdoddakı iki neftayırma zavodunda emal etmək üçün gündəlik təxminən 300,000 barrel xam neft idxal edir.

S&P Global şirkətinin məlumatına görə, bu həcmdə neftin təxminən yarısını Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə Azərbaycandan göndərilən Azeri Light nefti təşkil edir.

Əsasən dünyəvi olmasına baxmayaraq, Qazaxıstan və Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının üzvləridir.

Onlar həmçinin noyabrın 26-da Vyanada görüşməli olan daha geniş OPEC+ koalisiyasının qeyri-OPEC üzvləridir.

İsrail üçün digər xammal mənbələri arasında OPEK üzvləri Qabon və Nigeriya, həmçinin Braziliya və Misir də var.

Təhlilçilər deyirlər ki, İslam ölkələrinin embarqosu reallaşarsa, çox güman ki, İsrail rejimi digər təchizatçılara üz tutacaq, xüsusən də Azərbaycan neftini Amerika nefti əvəzləyə bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 × two =