İslami Cihad: ABŞ-ın UNRWA-ya yardımını dayandırması Qəzza müharibəsində iştirak etməsi deməkdir

İslami Cihad: ABŞ-ın UNRWA-ya yardımını dayandırması Qəzza müharibəsində iştirak etməsi deməkdir

Fələstinin İslami Cihad Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyəsini kəsmək kontekstində ABŞ və bəzi Qərb ölkələrinin hərəkətinin Qəzza xalqına qarşı soyqırım müharibəsində iştirak etməsi demək olduğunu bəyan edib.

İRNA-nın şənbə günü Fələstin mediasına istinadla verdiyi xəbərə görə, İslami Cihad hərəkatı vurğulayıb: Beynəlxalq Ədalət Məhkəməsinin hökmünün verilməsi ilə UNRWA-nın büdcəsinin eyni vaxtda kəsilməsi Fələstin xalqının sionist rejimə müqavimət göstərməsinin cəzasıdır.

Bu hərəkat daha sonra agentliyin hər hansı zəifləməsi və bunun region üçün təhlükəli nəticələri barədə xəbərdarlıq edib və Fələstin probleminin həllinə yönəlmiş istənilən cəhdin uğursuzluğa düçar olacağını vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + five =