İslami Cihad: Düşmən müharibəni uzatmaqla öz əsgərlərinin itkilərini artırır

İslami Cihad: Düşmən müharibəni uzatmaqla öz əsgərlərinin itkilərini artırır

Fələstin İslami Cihad hərəkatı sionist rejimin Qəzzəyə qarşı müharibəni uzatmasının əsgərləri arasında daha çox itkiyə səbəb olacağını vurğulayıb.

Sionist rejim ordusunun Qəzza zolağına quru hücumunda itki verməsinin ardınca, Təl-Əviv bu gün (çərşənbə) xeyli sayda əsgərinin həlak olduğunu elan edib və etiraf edib ki, çərşənbə axşamı saat 16:30 radələrində bu rejim əsgərləri, Qəzza şəhərində olan Əl-Şücayə məhəlləsinə qurudan hücum edənlər müqavimət qüvvələri tərəfindən pusquya salınıblar.

İslami Cihad həmçinin vurğulayıb: Qəzzə xalqının qanı, qəhrəmanlarımızın və müqavimət birliyinin şücaəti sionist rejim və Amerika hökumətinin hesablamalarını alt-üst edib.

Əl-Cəzirə telekanalının məlumatına görə, bu hərəkat bəyan edib ki, düşmənin İordan çayının qərb sahilindəki düşərgələri və şəhərlərində törətdiyi cinayətlər Qəzzada verdiyi itki və itkiləri kompensasiya etmək üçün çıxılmaz cəhddir.

 “Jerusalem Post” qəzetinin məlumatına görə, sionist ordusunun dünənki itkiləri nəzərə alınaraq, Qəzza zolağında qurudan hücumun başlanmasından bu yana həlak olan işğalçı əsgərlərin sayı 115 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × three =