İslami Cihad: Əsirlərinin azad edilməsindən sonra İsrail hücumlarını davam etdirmək ardıncadır

İslami Cihad: Əsirlərinin azad edilməsindən sonra İsrail hücumlarını davam etdirmək ardıncadır

İslami Cihad Hərəkatının baş katibinin müavini sionistlərin əsirlərin azad edilməsindən sonra həyata keçirdiyi sui-qəsdlərə toxunaraq deyib: Təl-Əviv müharibənin üçüncü mərhələsində məğlub olacaq.

 İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd Əl-Hindi bildirib ki, sionist rejim əsirləri Fələstin müqavimətinin əlindən aldıqdan sonra hücumlarını davam etdirməyi planlaşdırır.

Fələstin İslami Cihadının baş katibi Ziyad Ən-Nəxalə ötən həftə Qahirədə danışıqların “hücumları dayandırmaq”, “düşməni geri çəkmək” və “Qəzzanın yenidən qurulması” kimi üç məqsədlə aparılacağını bildirib. Onun sözlərinə görə, məhbusların mübadiləsi yalnız “bütün əsirlər müqabilində bütün əsirlər” bərabərliyi ilə baş verəcək.

Bununla bağlı bu yaxınlarda Reuters xəbər agentliyi məlumat yayıb ki, İslami Cihaddan olan bir heyət bu həftənin əvvəlində Misir hakimiyyəti ilə hücumları dayandırmaq məqsədilə danışıqlar aparmaq üçün Qahirəyə gəlib.

Eyni zamanda Əl-Həndi vurğulayıb: Tel-Əviv və Vaşinqton regional müharibə ilə bacara bilməyəcək.

O, əvvəlki iki mərhələ kimi sionist müharibəsinin üçüncü mərhələsinin də aqibətinin uğursuzluq olacağına işarə edərək deyib: Fələstin xalqı İsrailin Qəzzə əhalisini köçürmə planını iflasa uğratdı.

Sonda bu İslami Cihad rəsmisi vurğulayıb ki, sionist rejim öz hücumları ilə Qəzzada müqavimət cərəyanını məhv etmək niyyətində idi, lakin bu məqsədə nail ola bilmədi.

İslami Cihad hərəkatı bu həftənin bazar ertəsi verdiyi açıqlamada Qəzzada İsrail rejiminə qarşı hücumların və müqavimətin davam etdiyini vurğulayıb.

Co Baydenin Netanyahudan müharibəni dayandırmasını istəmədiyinə dair açıqlamasına toxunan İslami Cihad bildirib ki, Amerika Qəzzada təcavüzü idarə edir.

Fələstin İslami Cihadı sionist rejimlə dolayısı danışıqlara münasibətdə də deyib: Düşmən döyüş meydanında əldə etmədiyini danışıqlarda əldə etməyəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − four =