İslami Cihad hərbi komandiri: İşğal dövrü başa çatır

İslami Cihad hərbi komandiri: İşğal dövrü başa çatır

Fələstin İslami Cihad Hərəkatının hərbi qolunun komandanı deyib: İşğal dövrü tənəzzüldədir və qələbə yaxındır.

İRNA-nın Fələstin İslami Cihad Hərəkatının informasiya bazasının məlumatına görə, “Əkrəm Əl-Acuri” çərşənbə günü Qəzzada Qüds batalyonlarının paradı zamanı əlavə edib: Fələstinli döyüşçülər tezliklə bütün Fələstinin ərazisinə və Əl-Əqsa məscidinə daxil olacaqlar.

O, əlavə edib: Düşmənlər plan qururlar, sui-qəsdlər qururlar, biz də onlara bütün sahələrdə zərbələr vururuq, onların bizim millətimiz, gənclərimiz, həyatımız və gələcəyimizi hədəf almaq üçün davamlı səyləri və sui-qəsdləri heç bir nəticə verməyəcək.

Çərşənbə günü Fələstin İslami Cihad hərəkatı bu hərəkatın yaranmasının 36-cı ildönümü münasibətilə Qəzzada müxtəlif hərbi birləşmələrinin iştirakı ilə möhtəşəm parad keçirib.

Hərbi texnikanın, o cümlədən avtomobillərin, hər cür silah-sursatın, raketlərin və pilotsuz təyyarələrin nümayişi də bu mərasimin tərkib hissələrindən biri olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 3 =