İslami Cihad İsrailin pilotsuz təyyarəsini vurub

İslami Cihad İsrailin pilotsuz təyyarəsini vurub

Fələstin İslami Cihad hərəkatının hərbi qolu olan Sərayəl-Qüds Qəzzada sionist pilotsuz təyyarənin vurulduğunu açıqlayıb.

Sərayəl-Qüds bu gün Qəzzada sionist rejimin pilotsuz təyyarəsinin vurulması barədə məlumat yayıb.

Əl-Məyadin-in məlumatına görə, Sərayəl-Qüds qısa bir bəyanatla belə elan edib: “Biz Skylark pilotsuz təyyarəsini vurduq və onu ələ keçirdik.”

Sərayəl-Qüds sionist əsgərlərin Qəzzəyə hücum zamanı sionist rejimin hərbi bazaları və əsgərlərinə hücumunu əks etdirən video yayımlayıb.

İslami Cihadın hərbi qolu Qəzzəyə qarşı müharibənin başlanğıcından bu yana sionist rejimin şəhər və qəsəbələrinə raket zərbələri endirib və bir neçə dəfə bu rejimin tank və hərbi maşınlarını hədəfə alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 × 3 =