İslami Cihad: Müharibənin 74-cü günündə Təl-Əvivə raket yağışı yağdırılması düşmənin məğlubiyyətinin sübutudur

İslami Cihad: Müharibənin 74-cü günündə Təl-Əvivə raket yağışı yağdırılması düşmənin məğlubiyyətinin sübutudur

İslami Cihadın yüksək rütbəli rəhbərlərindən biri vurğulayıb ki, müharibənin 74-cü günündə Tel-Əvivə raket yağışı yağdırılması düşmənin məğlubiyyətinin sübutudur.

Fələstin İslami Cihad Hərəkatının baş katibinin müavini Məhəmməd Əl-Hindi vurğulayıb: Oktyabrın 7-də baş verənlər regionda ildırım vurması kimi idi.

Əl-Hindi həmçinin vurğulayıb: Bu hücum sionist düşmənin bölgə üzərində nəzarətinin bütün tənliklərini alt-üst etdi. Sionist rejimin cinayət və qətllərində məqsəd regionda çəkindiriciliyi bərpa etməkdir.

İslami Cihadın baş katibinin müavininin ətraflı açıqlamasını deyilir:

 “Müharibənin 74-cü günündə Tel-Əvivə yağan raketlər düşmənin məğlubiyyətinin sübutudur. İki dövlətli həll haqqında deyilənlər fələstinliləri sakitləşdirmək üçün hiylədir.

 “İsrail” döyüş meydanındakı məğlubiyyətindən dünyanın gözü qarşısında vəhşicəsinə qətllər törətməklə xilas olmağa çalışır.

Müqavimətin məhv edilməsi illüziyadan başqa bir şey deyil, çünki Fələstin xalqı başdan-başa müqavimət deməkdir.

Müharibənin mərhələləri ilə bağlı şayiələr və söyləntilər yalan və əsassızdır, çünki Qəzzanın hücuma məruz qalmayan bir hissəsi yoxdur.

 “İsrail” meydanda ardıcıl məğlubiyyətlərdən sonra əhval-ruhiyyəni bərpa etməyə çalışır.

Bu müharibəyə Vaşinqton və Qərb rəhbərlik edir ki, İsrailin çəkindiriciliyini qorusun.

Bu müharibədən sonra “İsrail” əvvəlki kimi olmayacaq.

Vaşinqtonun xəyalları və illüziyaları bu müharibədən sonra bölgədə dəfn olunacaq.

 “Mövcud güclü təzyiq rıçaqlarını işə salmaq üçün ərəblərin siyasi iradəsi yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 11 =