İslami Cihad: Qəzzada yeni qətliam İsrailin cinayətkarlığının miqyasını göstərdi

İslami Cihad: Qəzzada yeni qətliam İsrailin cinayətkarlığının miqyasını göstərdi

Fələstin İslami Cihad Hərəkatı cümə axşamı Qəzzada sionist rejim ordusunun törətdiyi qırğına reaksiya verərək vurğulayıb ki, bu cinayət bu nasist rejiminin cinayətkarlıq səviyyəsinin sübutudur.

İslami Cihad Hərəkatı Qəzza şəhərinin məzlum xalqına qarşı bugünkü qətliama münasibət olaraq verdiyi bəyanatda vurğulayıb ki, Əl-Rəşid küçəsi yaxınlığında Qəzza şəhərinin əhalisinə qarşı törədilmiş bu dəhşətli cinayət sionist rejimin cinayətkarlıq səviyyəsini göstərir və biz ABŞ prezidenti Co Bayden hökumətini, sionist rejimi dəstəkləyən qərb dövlətlərini, bu cinayətlər qarşısında səssiz qalan ölkələri və ən əsası ərəb təşkilatlarını bu cinayətə görə cavabdeh bilirik. 

İslami Cihad Hərəkatı bəyanatın davamında vurğulayıb: “Bu dəhşətli cinayət sionistlərin Qəzzada xalqımıza qarşı apardığı soyqırım müharibəsinin bariz sübutudur. Bu cür hərəkətlər sionist rejimin qırğın maşınına qarşı xalqımızın gücünü və dəyanətini ikiqat artıracaq və onları öz mövqelərində möhkəm saxlayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =