İslami Cihad: Sionist terrorizminə cavab vermək Fələstin xalqının təbii haqqıdır

İslami Cihad: Sionist terrorizminə cavab vermək Fələstin xalqının təbii haqqıdır

Fələstin İslami Cihad Hərəkatının sözçüsü açıqlamasında bildirib ki, sionist terrorizminə cavab vermək Fələstin xalqının təbii haqqıdır.

İRNA-nın Fələstinin Şahab xəbər agentliyinin cümə axşamı səhər verdiyi xəbərə görə, Tariq Səlmi əlavə edib: “Bizim millətimiz təcavüzə qarşı durmaq və işğalçı əsgərlərin qətl və təcavüzlərinə cavab vermək hüququna malikdir.”

O, Fələstin müqavimətinin işğal olunmuş Qüdsdəki sionistlərə qarşı son əməliyyatını tərifləyərək deyib: Bu əməliyyat sionist terrorizminə təbii reaksiyadır.

Çərşənbə günü günortadan sonra xəbər mənbələri Qüdsün köhnə məhəlləsində soyuq silahlarla anti-sionist əməliyyatı və üç sionistin yaralanması barədə məlumat yayıb.

Fələstinin “Səma” xəbər agentliyi işğal altındakı Qüdsün köhnə məhəlləsində “Babəl-Xəlil” yaxınlığında bir nəfərin bıçaqla sionistlərə hücum etdiyini açıqlayıb.

Sionist medianın xəbərlərinə görə, bu anti-sionist əməliyyatda 3 ekstremist qəsəbə sakini yaralanıb.

Bu məlumata görə, yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Bəzi mənbələr əməliyyatın icraçısının işğalçı rejim hərbçiləri tərəfindən həbs edilməsi barədə də məlumat verib və onun 17 yaşlı yeniyetmə olduğu bildirilib.

Həmçinin, işğalçı rejimin əsgərləri əməliyyat yerinə gəlib və döyüş hazırlığı vəziyyətinə gətirilib.

Benyamin Netanyahunun ifrat kabineti ilə müxalif qrup arasında məhkəmə qanun layihəsinin təsdiqi ilə bağlı dərin ixtilaflara görə işğal olunmuş ərazilərdə bu günlərdəki şərait o dərəcədə gərginləşib ki, sionist rejimi iflasa gətirib çıxarıb.

Bu məsələ ilə yanaşı, İordan çayının qərb sahilində də vəziyyət çox xüsusidir və fələstinli döyüşçülər hər cür silah-sursat əldə etməklə mühacirlər və sionist əsgərlərə qarşı əməliyyatları ilə sionistlərin saysız-hesabsız cinayətlərinə cavab verirlər.

Tbii ki, buna Qəzzada fələstinli döyüşçülərin güclənməsi və xüsusən də işğal olunmuş ərazilərin şimal sərhədində Hizbullahın nüfuzu sionistlərin qorxulu yuxusuna çevrilmiş məsələdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =