“İslami Cihad”ın silahlı qanadı iki girovu azad etmək istədiyini açıqlayıb
Fələstinin “İslami Cihad” hərəkatının silahlı qanadı olan “Saraya əl-Qüds” qrupu Qəzza zolağında saxlanılan iki israilli girovu azad etməyə hazır olduğunu bildirib. SİA “Reuters”ə istinadla xəbər verir ki, “Saraya əl-Qüds” qüvvələrinin sözçüsü Əbu Həmzə “Telegram”da yayımladığı videomüraciətdə deyib: “Biz əsir qadın və oğlanı humanitar əsaslarla azad etməyə hazır olduğumuzu bildiririk. Çünki dərman çatışmazlığı səbəbindən onlara tibbi yardım göstərə bilmirik”.