İspan mütəxəssis Premyer Liqada ilk oyuna altı gün qalmış istefa verdi

İspan mütəxəssis Premyer Liqada ilk oyuna altı gün qalmış istefa verdi

“Vulverhempton”un baş məşqçisi Xulen Lopeteqi istefa verib.

Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Premyer Liqada yeni mövsümün startına altı gün qalmış mütəxəssisin belə qərar verməsi təəccüblə qarşılanıb. Mətbuat klub rəhbərliyinin yeni transferlər etməməsi, əksinə aparıcı futbolçularını satması səbəbindən Lopeteqinin bu qərarı verdiyini yazıb.

“Vulverhempton” Premyer Liqada yeni mövsümün ilk oyununu avqustun 14-də səfərdə “Mançester Yunayted”ə qarşı keçirəcək.

Qeyd edək ki, Xulen Lopeteqi ötən ilin noyabrından “Vulverhempton”u çalışdırırdı.

Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × 2 =