İspaniya: İsrailin Qəzzəyə hücumları bütün dünyanı təşvişə salıb
İspaniyanın baş naziri Davos İqtisadi Forumdakı çıxışında İsrailin Qəzzədəki cinayətlərinə işarə edərək bu müharibənin bütün regionu təhlükəyə saldığını vurğulayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, Pedro Sançez dünən axşam (18 yanvar) Davos forumundakı çıxışında deyib: Fələstin xalqına humanitar yardım üçün nəzərdə tutulan sistem vəziyyətə kömək etmir. Yaxın Şərqdə təhlükəsizlik, ticarət, rifah və digər məişət vəziyyəti xaos yaşayır və bu dünya stabilliyinə zərbədir.
Pedro Sançez həmçinin Qəzzə və Ukrayna müharibələrinə işarə edərək dünyanı sülh, əmin-amanlıq, dövlətlərarası müzakirə və qanun prinsiplərinə riayətə dəvət edib.
Bundan əvvəl də İspaniyanın sosial müdafiə naziri sionist rejimin Qəzzədə törətdiyi cinayətlər barədə fələstinlilərin “müharibə və soyqırımına məruz qaldığını” demişdi.