İspaniya: İsrailin Qəzzaya hücumları dünya nizamını təhlükə altına qoyub

İspaniya: İsrailin Qəzzaya hücumları dünya nizamını təhlükə altına qoyub

İspaniyanın Baş naziri çərşənbə günü Davosda çıxışı zamanı İsrailin Qəzzaya hücumlarına toxunaraq, regionun təhlükəsizliyi və sabitliyinin risk altında olduğunu bildirib.

İspaniyanın Baş naziri Pedro Sançez çərşənbə günü İsveçrənin Davos şəhərindəki çıxışında İsrailin Fələstinə hücumlarının çoxtərəfli nizamı təhlükə altına atdığını bildirib.

Sançes deyib: “Hadisələrin indiki gedişatı Fələstin xalqına kömək etməyəcək. Təhlükə altında olan bütün Yaxın Şərqin təhlükəsizliyi, ticarəti, rifahı, sabitliyi və çoxtərəfli nizamın davamlılığıdır.

Qəzza Səhiyyə Nazirliyi bu gün, yanvarın 17-də fələstinli şəhidlərin sayının 24 448 nəfərə çatdığını, 61 504 nəfərin isə yaralandığını açıqlayıb. Qəzzanın davamlı bombardmanları İsrail ordusunun meydandakı uğursuzluqlarını gizlətmək üsullarından birinə çevrilib.

İşğalçılar Qəzza zolağına qarşı hava hücumlarını davam etdirməklə yanaşı, bu gün İordan çayının qərb sahilindəki əraziləri də hədəfə alıblar. Fələstin Qızıl Aypara Cəmiyyətinin hesabatına əsasən, İsrail ordusunun pilotsuz təyyarə ilə Tulkərəm düşərgəsinə hücumu bir neçə fələstinli gəncin şəhid olması ilə nəticələnib və İsrail hərbçiləri hücum nəticəsində yaralananların tibb mərkəzlərinə köçürülməsinin qarşısını alıb.

Qəzza və Ukraynadakı münaqişələri xatırladan Sançes deyib ki, biz bir olmalı, prinsipləri və dəyərləri dəstəkləməli, dialoqa, qanunun aliliyinə və sülhə təkan verməliyik.

İspaniyanın sosial hüquqlar naziri bu günlərdə bildirib ki, sionist rejimin Qəzzada davranışı və yüz minlərlə insanı su, elektrik və qidadan məhrum etməsi “müharibə cinayəti və planlaşdırılmış soyqırım” kimi müəyyən edilə bilər.

İspaniyanın Sosial Hüquqlar naziri İvan Bilara deyib: “İsrail yüz minlərlə insanı işıqsız, susuz və qidasız qoyub və mülki insanları bombalayır ki, bu, kollektiv cəza və beynəlxalq hüququn təhlükəli pozulmasıdır və müharibə cinayəti və soyqırımı hesab edilir.”

İspaniyanın Sosial Hüquqlar naziri əlavə edib ki, Avropa İttifaqı və ABŞ İsraili düşmənçilik siyasətini davam etdirməyə təşviq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + two =