İspaniyada yüzdən çox qurbanı olan sekta ləğv edildi
Publika.az-ın xəbərinə görə, bu barədə iyulun 14-də “La vanguardia” nəşri məlumat yayıb.
“Mülki Qvardiya “Avicena” əməliyyatı zamanı təriqətin üç liderini iddia edilən cinayətlər – qeyri-qanuni birləşmə, əmək fəaliyyətinə müdaxilə, əhalinin sağlamlığına qarşı cinayətlər, cinsi təcavüz, sirlərin açıqlanması və s. əməllərinə görə saxlayıb”, – xəbərdə deyilir.
Nəşrin məlumatına görə, sekta terapiya təklif edib, bu müddət ərzində qadağan olunmuş maddələrin istifadəsi ilə şaman ayinləri həyata keçirilib. Təriqət, bütün problemlərin həllinə kömək edəcəyi güman olunan “müəllim”lə görüşmək vədi ilə qurbanların hər birindən 10 000 avro tələb edib.
Zərər çəkən insanlar əsasən Tarraqona, Kastellon və Barselona əyalətlərində yaşayırlar. Polis yüzə yaxın insanın təriqət əleyhinə şikayət etdiyini bildirir.