İsrail baş nazirinin məsləhətçisi: “HƏMAS-a təzyiqləri davam etdirəcəyik”

İsrail baş nazirinin məsləhətçisi: “HƏMAS-a təzyiqləri davam etdirəcəyik”

İsrail Baş nazirinin baş məsləhətçisi Mark Regev İsrail Müharibə Ordusunun HƏMAS-a təzyiqləri davam etdirəcəyini açıqlayıb.

Bu barədə o, “X” hesabında yazıb.

“HƏMAS girovları könüllü olaraq azad etməyəcək. Amma biz təcrübəmizdən bilirik ki, o, hərbi təzyiqə cavab verir. Ona görə də İsrail Müdafiə Ordusu bu təzyiqləri davam etdirəcək”,- baş müşavir bildirib.

Qeyd edək ki, 2023-cü il oktyabrın 7-də HƏMAS İsrailə hücum edib. Bundan sonra tərəflər arasında genişmiqyaslı hərbi toqquşmalar başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =