İsrail BMT təşkilatı ilə əməkdaşlığı dayandırdığını bəyan edib

İsrail BMT təşkilatı ilə əməkdaşlığı dayandırdığını bəyan edib

İsrail Birləşmiş Millət Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) ilə əməkdaşlığa son verib.

Bu barədə İsrailin BMT-də daimi nümayəndəsi Denni Danon məlumat verib.

O qeyd edib ki, BMT-nin sözügedən təşkilatı HƏMAS-ın təsiri altına düşüb.

“İsrail dövləti humanitar qurumlarla əməkdaşlığı davam etdirəcək, ancaq bizə qarşı yönəlmiş təşkilatlarla deyil”, – deyə D.Danon vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven + twenty =