İsrail BMT-yə buna görə müraciət etdi
İsrail rəsmiləri Qəzza zolağında yaranmış təhlükəli vəziyyətin həlli üçün BMT-yə müraciət edib.
“RİA Novosti”yə istinadən xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits deyib.
Onun sözlərinə görə, BMT Qəzzada humanitar vəziyyətlə bağlı İsraillə gecə-gündüz danışıqlar aparır:
“Mən şadam ki, İsrail yük maşınlarını içəri buraxıb və bu gün az miqdarda yanacaq idxalına icazə verib”.