İsrail: Bu media orqanları HƏMAS-ın hücumunu əvvəlcədən biliblər

İsrail: Bu media orqanları HƏMAS-ın hücumunu əvvəlcədən biliblər

İsrail “Associated Press”, “Reuters”, “New York Times” və “CNN”nin oktyabrın 7-də HƏMAS-ın hücumunu əvvəlcədən bildiklərini iddia edib.

İsrail hakimiyyəti fotojurnalistlərin oktyabrın 7-də səhər saatlarında islamçı HƏMAS hərəkatının İsrailin cənubuna hücumunda iştirak etdiyini müəyyən edib və bununla bağlı tədbir görülməsini tələb edib.

Noyabrın 8-də İsrail tərəfdarı olan “Honest Reporting” qeyri-hökumət təşkilatı Qəzzada yerləşən və “Associated Press” (AP), “Reuters”, “New York Times” (NYT) və “CNN”də çalışan fotoqrafların İsrail sərhəd zonasından görüntülər təqdim etdiyi barədə hesabat dərc edib.  Nəşr bu şəxslərin qarşıdan gələn hücumdan xəbəri olub-olmaması, eləcə də islamçılarla münasibətləri barədə suallar ortaya atıb.

İsrail Baş Naziri Aparatının departamenti olan Milli İnformasiya Sistemi həmin fotoqrafların işlədiyi media qurumlarının rəhbərlərinə təcili məktub göndərib və bu məsələyə aydınlıq gətirilməsini istəyib. Heç bir cavab ala bilməyən İsrail hakimiyyəti hesabatda adları çəkilən şəxslərin insanlığa qarşı cinayətlərdə əli olduğu qənaətinə gəlib.

“Bu, peşə etikası qaydalarının pozulmasıdır. Milli informasiya sistemi təcili tədbirlərin görülməsini tələb edir”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − twelve =