İsrail-Həmas münaqişəsinə münasibət necədir?

İsrail-Həmas münaqişəsinə münasibət necədir?

Son vaxtlar aktual mövzu halına çevirilmiş İsrail-Həmas münaqişəsi bəzi dövlətlərdə aksiyalara belə səbəb olub.

Bəs bu məsələyə dövlətlər tərəfindən hansı münasibətlər bildirilir, bunlara səbəb nədir?

“20-ci əsrin əvvəllərinə kimi İsrail-Həmas münaqişəsi dini-ideoloji proses idi. Sonralar siyasi prosesə çevrilib”.

Bu sözləri SİA-ya açıqlamasında yaxın şərq ölkələri üzrə ekspert, siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

V.Zifəroğlu bildirir ki: “Konfiliktli məsələlərə hər zaman fərqli münasibətlər olub. Tərəflərin hər birinin özünəuyğun arqumentləri var. Burada əsas mövqe konfiliktin dayandırılmasına yönəlməlidir. 20-ci əsrin əvvəllərində bu konfilikt siyasi çalar qazanmağa başladı. Bundan əvvəl bu konfilikt daha çox dini-ideoloji zəmnində izah olunurdu. Əsas məsələ bu qarşıdurmanın dayandırmalısına yönəlməlidir.

Hər iki xalq qədim zamanlardan bu torpaqlarda yaşayan xalqlardır. Azərbaycanın da yanaşması bu münaqişənin ədalətli həllinə dəstək olmaqdır.

Əfsuslar ki, Yaxın Şərq hər zaman münaqişələrlə zəngin bölgə olub. Yaxın Şərq yalnız mədəniyyətlərin beşiyi, tarixin öz başlanğıcını götürdüyü ərazi deyil, eyni zamanda geosiyasi maraqların kəsişdiyi bir bölgədir. Bu bölgədə maraqların kəsişdiyini görürük. Bu isə həmin münaqişələri dahanda mürəkkəbləşdirir. Konfiliktlərin çözülməsi daha da ağırlaşır. Bundan əziyyət çəkən isə bölgənin dinc insanları olur”.

İsrail-Həmas mübarizəsinə aid aksiyalar Azərbaycanda da keçirilə bilərmi?

“Düşünmürəm, Azərbaycanda həmin aksiyalar keçirilsin. Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlı cəmiyyətdir. Azərbaycan Fələstin-İsrail münaqişəsi ilə bağlı olduqca obyektiv, aydın mövqe sərgiləyir. İkili dövlət prinsipi İsrail-Həmas mübarizəsi ilə bağlı indiyə qədər qəbul edilən beynəlxalq sənədlərə istinad edilir, beynəlxalq hüququn prinsiplərinə əsaslanır”.

Avropada niyə bu cür aksiyalar görürük?

“Aksiyalar keçirilən qərb ölkələrin məsələyə münasibətində obyektivlik yoxdur. Buradakı etirazlar həmin dövlətlərin bu münaqişəyə qeyri-obyektiv münasibət sərgiləməsinə yönəlib. Azərbaycanda isə məsələyə baxış aydındır”.

Türkiyənin də bu məsələyə yanaşmasını açıqlayan müsahib bildirir ki: “Türkiyənin də bununla bağlı aydın və ədalətli mövqeyi var. Türkiyə problemin həlli ilə bağlı ikili dövlət prinsipinin əsas götürülməsini önə sürən ilk ölkələrdən biri olub. Türkiyədə keçirilən aksiyaların tipi fərqlidir. Bu aksiyaları Almaniyada, Fransada keçirilən etirazlar ilə müqayisə etməzdim. Bu aksiyalar məhz Qərbin bu münaqişəyə ədalətsiz yanaşması ilə bağlıdır.

19-cu əsrin sonları 20-ci əsrin əvvəllərindən başlayaraq Ərəb-İsrail münaqişəsi siyasiləşməyə doğru gedib.

Təəssüf ki, biz bu münaqişə ilə bağlı obyektiv və ədalətli mövqe görmürük”.

Vüqar Zifəroğlu 20-ci əsrin əvvəllərində baş verən və münaqişnin gedişatına birbaşa təsir edən məqamlara da toxundu: ““Yəhudi ocağı”nin yaradılması ilə bağlı 1917-ci il Balfur Bəyannaməsi ingilislər və Haşimilər arasında Məkkənin şərifi Hüseyn və İngiltərənin Misirdəki Ali Komissarı Mac Mahon arasında əldə edilmiş 1915-ci il razılaşmalarına zidd idi. Məkkənin başçısı Osmanlı İmperiyasına qarşı mübarizədə Antanta tərəfində iştirak etmək və hər cür dəstək göstərmək müqabilində Suriyanın və Livanın sahilyanı əraziləri (Hums, Həma və Dəməşqdən qərbə doğru ərazilər, yəni müasir Tartus və Latikiya əyalətləri) istisna edilməklə, Fələstinin də daxil olduğu Osmanlının tərkibində olan bütün ərəb torpaqlarını öz hakimiyyəti altına almalı idi.

1916-cı ildə Haşimi qoşunları Məkkə və Mədinədəki qarnizonlar istisna olmaqla, bütün Hicazı Osmanlılardan geri ala bildilər. 1917-ci ildə İordaniyanın cənubunda Əqəbəni işğal etdilər və 1918-ci ilin sentyabrında Meqqido döyüşü zamanı Osmanlı qoşunlarına arxadan hücum edərək ingilislərlə birlikdə Dəməşqə daxil oldular.

Lakin sonrakı mərhələlərdə bu müqavilələr ingilislər tərəfindən pozuldu: 1923-cü ildə Suriya və Livan üzərində Fransa mandatı, Fələstin və Trans-İordaniya üzərində isə İngiltərə mandatı təsis edildi. 1920-ci ilə qədər Britaniya hökumət sənədlərində ərəb ərazisinin bir hissəsinin, Fələstinin Haşimilərin hakimiyyəti altında olması barədə yazılırdı, lakin bu münasibət 1920-ci ildə dəyişərək ərəblərlə ingilislər arasında fikir ayrılıqlarına səbəb oldu. Yəni 1920-ci ildən sonra Fələstin də “Suriyanın… qərbindəki hissəsi” kimi şərh olunmağa başladı. Bu baxımdan Hüseyn 1919-cu il Versal Sülh Müqaviləsini ratifikasiya etməkdən imtina etdi və İngiltərənin 1921-ci ildə mandat sistemini tanıyan müqavilə imzalamaq təklifinə cavab olaraq bəyan etdi ki, “Fələstini sionistlərə, Suriyanı isə xaricilərə həvalə edən sənədə öz imzasını atmayacaq”.

Lakin ingilislər, Hüseynin iki oğluna Trans-İordaniya və İraqda təbii olaraq Britaniyanın protektoratı altında əmirlik verərək ərəb hərəkatını parçalaya bildilər. Bu “mükafat”ın müqabilində Hüseynin övladları Fələstin və Suriya uğrunda gedən mübarizədə atalarına kömək etməkdən imtina etdilər.

Şərif Hüseyn özünü xəlifə elan etdikdən sonra isə Nəcd hökmdarı Əbdül-Əziz ibn Səud 1924-cü ildə Hicaza hücum edir, ingilislər onu tam dəstəkləyirlər. Az sonra Hüseyn bütün dünyəvi hakimiyyəti oğlu Əliyə təhvil vermək məcburiyyətində qalır, o isə Məkkə və Mədinəni itirərək Ciddəyə çəkilir, bir ilə yaxın onun müdafiəsini təşkil edir.

1925-ci ilin oktyabrında İbn Səud İngiltərə nümayəndəsi ilə müqavilə bağlayır və Britaniya hökuməti Hicazın Nəcd tərəfindən ilhaqını tanıyır. 22 dekabr 1925-ci ildə Ciddə təslim olur və Kral Əli Hicazı tərk edərək, ailəsi ilə birlikdə İraqa yola düşür…”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + twelve =