İsrail: Həmasın gücü bizi heyrətə gətirib

İsrail: Həmasın gücü bizi heyrətə gətirib

Sionist rejimin siyasi eksperti Həmas qüvvələrinin günü-gündən artan gücündən heyrətə gəldiklərini gizlətməyib.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, hərbi şərhçi Yoav Zeyton sionist rejimin Qəzzə müharibəsində aciz qaldığına işarə edərək deyib: Həmas uzun illərdir ki, özünü bu müharibəyə hazırlayıb və İsrail ordusu onların günü-gündən artan bu gücü və hərbi təchizatından şokdadır.

Yadiut Aharanut qəzetində məqaləsi çıxan Yoav Zeyton Amerikanın İsrailin bu dekabrın sonu ya yanvarın əvvəllərinə qədər müharibəni dayandırması üçün nəzərdə tutduğu müddətə işarə edərək deyib: Belə gedərsə və yeni bir proses baş verməzsə, İsrail bu müharibəni dayandırmaq məcburiyyətində qalacaq.

Y.Zeytonun məqaləsinə əsasən, İsrail 2007-ci ilin yayından Həması məhv etməyi qarşıya məqsəd qoyub. Amma müqavimət dəstələri İsrail qarşısında heç vaxt mövqelərindən geri çəkilməyib. İndi isə Həmasın hərbi texnikası və gücü Tel Əvivi heyrətə gətirib. Həmas doğrudan da Tel Əvivin bir addımlığında olan real bir ordudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × four =