İsrail hərbçiləri un almağa çalışan ac insanlara da atəş açdı: 100-dən çox şəhid

İsrail hərbçiləri un almağa çalışan ac insanlara da atəş açdı: 100-dən çox şəhid

İsrail hərbçiləri un almağa çalışan ac insanlara da atəş açdı: 100-dən çox şəhid

İsrail əsgərlərinin Qəzza şəhərinin cənub-qərbində ərzaq yardımı gözləyən yüzlərlə insanı atəşə tutması nəticəsində 100-dən çox fələstinli ölüb, 700-ə yaxın insan yaralanıb. Qəzza Səhiyyə Nazirliyi isə cümə axşamı bildirib ki, ən azı 112 nəfər ölüb, 750-dən çox adam yaralanıb, Fələstin Xarici İşlər Nazirliyi bunun soyuqqanlı “qırğın” olduğunu bildirib.

Bu haqda “Əl-Cəzirə”yə istinadla xəbər verir.

Nazirlik hücumun İsrailin davam edən “soyqırım müharibəsi”nin bir hissəsi olduğunu bildirib. O, beynəlxalq ictimaiyyəti “mülki insanları müdafiə etməyin yeganə yolu” kimi atəşkəs əldə etmək üçün “təcili müdaxilə etməyə” çağırıb. 

İnsanlar un daşıyan yardım maşınlarının yolda olduğu güman edilən əl-Rəşid küçəsində toplaşıb. “Əl-Cəzirə” kanalı təcili yardım maşınlarının əraziyə çata bilmədiyi üçün onlarla ölü və yaralı fələstinlinin cəsədlərinin yük maşınlarına daşındığını göstərən görüntüləri təsdiqləyib.

“Un almağa getdik. İsrail ordusu bizə atəş açdı. Yerdə çoxlu şəhidlər var və bu ana qədər biz onları geri daşıyırıq. İlkin tibbi yardım yoxdur”, – deyə qətliam şahidlərindən biri bildirib.

Hadisə yerindən reportaj verən “Əl-Cəzirə”nin əməkdaşı İsmayıl əl-Xoul bildirib ki, atəş açdıqdan sonra İsrail tankları irəliləyərək çoxlu ölü və yaralı cəsədlərinin üzərindən keçiblər. 

“Bu, Qəzzada vətəndaşları təhdid edən aclığın üzərinə əlavə bir qırğındır” – jurnalist belə deyib .

Ölən və yaralılar dörd tibb mərkəzinə aparılıb: “Əl-Şifa”, “Kamal Advan”, “Əhli” və İordaniya xəstəxanaları. Təcili yardım maşınları əraziyə çata bilməyib, çünki yollar tamamilə dağıdılıb”, -Əl-Xoul bildirib.

“Şəhid sayı artacaq. Xəstəxanalar artıq çoxlu sayda xəstəni qəbul edə bilmir, çünki yanacaq, hətta dərman yoxdur. Xəstəxanalarda da qan tükənib”.

Bu arada ABŞ İsraildən cavab verməsini və Qəzzaya yardımın təhlükəsiz çatdırılmasını təmin etməsini istəyib.

“Biz bu gün səhərdən İsrail hökuməti ilə əlaqə saxlayırıq və başa düşürük ki, araşdırma aparılır. Biz bu araşdırmanı yaxından izləyəcəyik və cavablar axtaracağıq”, – deyə Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × one =