İsrail HƏMAS-a bir həftə vaxt verdi

İsrail HƏMAS-a bir həftə vaxt verdi

İsrail HƏMAS hərəkatına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda TSAXAL Rəfahda hərbi əməliyyata başlayacaq.

Həmçinin qeyd olunur ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gedəcək.

Bundan əvvəl İsrail və Misir rəsmilərinə istinadən verilən məlumata görə, İsrail Fələstinin HƏMAS qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − four =