İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verib

İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verib

İsrail hakimiyyəti şənbə günü vasitəçilər – ABŞ və Qətərlə Fələstinin HƏMAS qruplaşması ilə danışıqların bərpa edilməsinə razı olub.

Bu barədə EFE agentliyi məlumat yayıb.

Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilir.

Bu həftənin əvvəlində İsrail Nazirlər Kabineti Qəzza zolağında münaqişənin danışıqlar yolu ilə həlli üçün növbəti cəhddə iştirakın tərəfdarı olduğunu bildirib.

İsrail ilə HƏMAS arasında kompromis tapmaq üçün əvvəlki cəhdlər nəticə verməyib. Danışıqların məqsədi barışıq, girov və məhbus mübadiləsi barədə razılığa gəlməkdir.

Danışıqların əvvəlki raundlarında əsas problem HƏMAS-ın qeyri-məhdud atəşkəs və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının tələbi ilə çıxış etməsindən ibarət idi. İsrailin danışıqlardakı təmsilçiləri yalnız müvəqqəti atəşkəsə razılaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × 5 =