İsrail işğal edilmiş Colan yüksəkliklərində yeni massivlərin salınması ilə bağlı “nəhəng layihəni” təsdiqləyəcək

İsrail işğal edilmiş Colan yüksəkliklərində yeni massivlərin salınması ilə bağlı “nəhəng layihəni” təsdiqləyəcək

İsrailin nazirlər kabineti gələn iclasını cari həftənin sonu işğal altında olan Colan Yüksəkliklərində keçirəcək və burada nəhəng layihə ilə bağlı qərar verəcək.

SalamNews xəbər verir ki, bu barədə İsrailin baş naziri Naftalı Bennet tvitter səhifəsində yazıb.

İsrailin baş naziri Naftali Bennet bu gün cümə yazıb ki, ölkəsi Colan təpələrində “tarix yazacaq.”

Bennet, İsrail hökumətinin “böyük inkişaf üçün tarixi planı təsdiqləmək istiqamətində bazar günü Colan Yüksəkliklərində bir araya gələcəklərini” yazıb.

Bununla kifayətlənməyən baş nazir Suriyanın işğal altındakı Colan Yüksəkliklərinin İsrailin bir hissəsi olduğunu iddia edərək, əlavə edib ki, “plan gözəl insanları ölkənin füsunkar bölgəsinə cəlb edəcək.”

“Esrael Hayom” qəzeti bu gün səhər İsrail hökumətinin bazar gününə planlaşdırılan növbəti həftəlik iclasının tarixdə üçüncü dəfə olaraq işğal altında olan Colanda keçiriləcəyini yazıb.

SalamNews.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 18 =