İsrail kanalı: Blinken Həması məhv etməyin imkansız olduğunu dedi
Sionist rejimin 13-cü telekanalı ABŞ dövlət katibinin nazirlər kabinetindəki görüşdə Həması tamamilə məhv etməyin mümkünsüz olması barədə xəbər yayıb.
Fars İnformasiya Agentliyinin məlumatına əsasən, 13-cü kanal dünən (10 yanvar) İsrail rəsmilərinə istinadən verdiyi xəbərdə Antoni Blinkenin Həması tamamilə məh etməyin imkansız olduğunu, fələstinlilərin də arzularının həyata keçməsini qəbul edilmə haqqı olduğunu deyib..
Məlumata görə Blinkenin NK-dakı iclası konfliktlərlə keçib. O, dəfələrlə Həmasın tamamilə məhv edilməsinin həyata keçə bilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, sionist rəsmiləri ötən həftələrdə Qəzzə müharibəsində əsas məqsədlərinin Həması yer üzündən tamamilə məhv etmək olduğunu iddia etmişdilər. Amma Həmas bir təfəkkür tərzi və düşüncə metodudur və bir düşüncəni məhv etmək imkansızdır.
Həmas siyasi bürosunun sədri İsmail Həniyyə də çıxışında Fələstin azandığı məsələsində Həmas və müqavimət qrupları olmadan hər hansı bir şərt bağlamağın ilğımdan başqa bir şey olmadığını vurğulamışdı.