İsrail mediası: Qəzza müharibəsində ən azı 4000 əsgər ömürlük əlil olub
İbranidilli media ən azı 4000 İsrail əsgərinin Qəzza müharibəsində ömürlük əlil olduğunu bildirib.
Walla News bununla bağlı bir hesabatda Qəzza zolağına qarşı quru müharibəsinin başlamasından cümə gününə qədər ən az 4000 İsrail əsgərinin müxtəlif əlillərdən əziyyət çəkdiyini, bu sayın isə 30.000-ə yüksəlməsinin gözləndiyini açıqlayıb.
Bu ibranidilli medianın məlumatına görə, HƏMAS-ın keçən 7 oktyabr əməliyyatı (Əl-Əqsa tufanı əməliyyatı) sionistləri əsgərlər arasındakı itkilərin miqdarına görə İsraili tarixində görünməmiş bir müharibəyə sürüklədi.
Bu hesabatda vurğulanır ki, İsrail ordusunda yaralıların sayı indiyədək görünməmiş bir rəqəmə çatsa da, daha önəmli məqam ağır yaralanan yaralıların sayıdır.
Bu hesabata görə, İsrail ordusu hələ də yaralılarının sayı barədə ictimaiyyətə real və dəqiq məlumat vermək istəmir, çünki onların ruhiyyəsinin ciddi şəkildə sarsılmasına səbəb olacağından narahatdır.
Bununla bağlı Walla News əlavə edib: Hazırda müxtəlif əlilliyi olan əsgərlərin sayı 4000 olaraq açıqlanıb ki, bu da onların orduda olduqları müddətdə bütün müalicələri və hərbi hüquqları əldə etmək imkanına sahib olması deməkdir.
Hazırda İsrail öz cəmiyyətinin əhval-ruhiyyəsini yüksək tutmaq üçün bu şəxslərin adlarını müharibə əlilləri siyahısına daxil etməyib.
İsrail Ordusunun Əlillər Təşkilatının rəhbəri Eidan Kaliman bu rəqəmləri təsdiqləyib və əlavə edib: “Hazırda bu insanları müalicə etməyə çalışırıq, lakin bunun üçün imkanlarımızı ən azı üç dəfə artırmalıyıq.
Bu gün çoxlu sayda yaralı amputasiyaya məruz qalıb, xeyli hissəsi isə Qəzza müharibəsində kor, bəziləri isə tamamilə iflic vəziyyətinə düşüb.