İsrail müxalifəti Benyamin Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb

İsrail müxalifəti Benyamin Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb

İsrail müxalifəti ölkədəki böhran fonunda hazırkı Baş nazir Benyamin Netanyahunun vəzifədən kənarlaşdırılmasına qarşı çıxıb.

Bu barədə ölkə  “İnterfaks” müxalifətinin lideri, keçmiş müdafiə naziri Benni Qantz danışıb.

O bildirib ki, indiki vəziyyətdə B. Netanyahunu hakimiyyətdən uzaqlaşdırmağa cəhd olmamalıdır.

B. Qantz bu cür cəhdləri dəlilik kimi qiymətləndirib.

Bununla yanaşı müxalifətin lideri əlavə edib ki, bir müddət sonra HƏMAS-ın İsrailə oktyabrın 7-də hücumu ilə bağlı buraxılan səhvlərə görə kimin məsuliyyət daşımasını araşdırmaq lazım olacaq.

Bundan əvvəl keçmiş Baş nazir Exud Barak ölkənin Qəzza ilə münasibətlərinin gərginləşməsinə görə hazırki Baş nazir Benyamin Netanyahunu günahlandırıb.

Qeyd edək ki, İsraillə HƏMAS arasında döyüşlər bu il oktyabrın 7-də başlayıb. B. Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 3 =