İsrail ordusu ərzaq axtaran ac insanlara helikopterdən atəş açdı…-Onlarla ölü və yaralı…

İsrail ordusu ərzaq axtaran ac insanlara helikopterdən atəş açdı…-Onlarla ölü və yaralı…

İsrail ordusunun humanitar yardım gözləyən kütləyə helikopterlə hücumu nəticəsində Qəzzanın şimalında ən azı 20 fələstinli ölüb, 150-dən çox adam yaralanıb.

“Əl-Cəzirə”nin verdiyi xəbərdə deyilir ki, Qəzzanın Səhiyyə Nazirliyi hücumu “yeni, qəsdən planlaşdırılmış qırğın” adlandırıb.

ABŞ senatoru Çak Şumer “ekstremist” hökuməti və baş nazir Benyamin Netanyahunu “sülhə maneələr” adlandıraraq, İsraildə yeni seçkilərin keçirilməsinə çağırıb.

Oktyabrın 7-dən İsrailin Qəzzaya hücumları nəticəsində ən azı 31.341 fələstinli ölüb, 73.134 nəfər yaralanıb. HƏMAS-ın oktyabrın 7-də həyata keçirdiyi hücumda İsraildə ölənlərin sayı 1139-a çatıb, onlarla insan əsir götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × 1 =