İsrail ordusu bir Livan vətəndaşını şəhid edib

İsrail ordusu bir Livan vətəndaşını şəhid edib

İsrail ordusu Livanın cənub bölgələrinə artilleriya hücumu nəticəsində bir ölkə vətəndaşını öldürüb.

İsrail ordusu bu gün axşam (çərşənbə) Livanın cənub bölgələrinə hücum edib.

Yerli Livan mənbələri bu hücumlarda Livanın cənubundakı Əz-Zuheyrə, Əl-Cəbin, Yarin və Kəfr Kala ətrafındakı ərazilərin artilleriya hücumuna məruz qaldığını və sionist rejim döyüşçülərinin də cənub bölgəsindəki Hanin meşəlik ərazilərini hədəf aldığını bildiriblər.

Bu hücumlardan sonra Livan Mülki Müdafiəsi İsrail ordusunun Kəfr Kala hücumlarından sonra bir ölkə vətəndaşının şəhid olduğunu açıqlayıb.

Livan İslami Müqaviməti bu axşam iki bəyanat yayaraq işğal altındakı Fələstinin şimalında sionistlərin “Əl-Mərac” hərbi qərargahını və “Əl-Cərdah” hərbi mövqeyini hədəf aldığını açıqlayıb.

Hizbullah hər zaman bu hücumların Qəzza xalqına və Fələstin müqavimət qüvvələrinə dəstək məqsədilə həyata keçirildiyini və sionist rejimin təcavüzü davam etdikcə, hücumların davam edəcəyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + fourteen =