İsrail ordusu: Girovlar azad edilənə qədər HƏMAS-la mübarizə davam edəcək

İsrail ordusu keçən ilin oktyabrında girov götürülmüş şəxsləri azad edənə qədər HƏMAS-la mübarizəni davam etdirəcək.
Bunu İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi, briqada generalı Daniel Haqari bildirib.
“İsrail Müdafiə Qüvvələri girovlar azad edilə qədər bütün Qəzzada HƏMAS-ın təqibini davam etdirəcək və onların axtarışı zamanı “daşı-daş” üstə qoymayacağıq”, – o vurğulayıb.