İsrail ordusu: Hücuma məruz qalan ərazilərdə şəkil çəkməyin
İsrail ordusunun sözçüsü məskunlaşanları İranın vurduğu ərazilərlə bağlı məlumat, görüntü və sənəd təqdim etməməyə çağırıb.
İsrail ordusunun sözçüsü Daniel Həcəri İranın cavab əməliyyatı ilə bağlı videomüraciət yayıb .
“Biz düşmənə heç bir məlumat verilməməsini və təhlükəsizlik zəifliyi olan ərazilərlə bağlı məlumat, görüntü və ya sənədin ötürülməməsini xahiş edirik”, – Həcəri açıqlamasında bildirib.
Müdafiə və hücumla bağlı ‘yüksək həyəcanlı’ vəziyyətdə olduqlarını qeyd edən Həcəri, “İsrail Dövlətinin vətəndaşlarını qoruyacağıq. Bu hücumun nəticələri olacaq. Planlarımız var, harada və nə vaxt qərar verəcəyik. .”
“İnkişaf barədə məlumat vermək üçün bu axşam burada olacağam” dedi sözçü.