İsrail ordusu Qəzza şəhərini tam mühasirəyə alıb
İsrail ordusu HAMAS hərəkatına qarşı əməliyyatda sahil anklavının ən böyük şəhəri olan Qəzzanı tam mühasirəyə alıb.
Bunu İsrail Müdafiə Nazirliyinin sözçüsü kontr-admiral Daniel Həqari brifinqdə bildirib.
“İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin mühasirəsini tamamlayıb. Qəzza şəhərini tamamilə mühasirədədir”, – deyə o bildirib.