İsrail ordusuna məxsus partlayıcıları daşıyan yük maşınının partlaması nəticəsində 6 sionist ölüb, 30 nəfər yaralanıb

İsrail ordusuna məxsus partlayıcıları daşıyan yük maşınının partlaması nəticəsində 6 sionist ölüb, 30 nəfər yaralanıb

İsrail rejiminin mətbuatı partlayıcı daşıyan yük maşınının partlaması nəticəsində bu rejimin 6 əsgərinin həlak olduğunu, 30 nəfərin isə yaralandığını bildirib.

Çərşənbə axşamı günorta İsrail rejiminin mediası bu rejimin ordusuna istinadən Qəzza zolağında dünən həlak olan 4 əsgərdən əlavə, daha 6 sionist əsgərin həlak olduğunu elan edib.

İbrani mediası da bu rejimin ordusuna istinadən daha 6 nəfərin öldüyünü yazıb. Bu xəbərlərə görə, ordu tərəfindən bu gün Qəzzada öldüyü açıqlanan əsgərlərdən 6-sı yük maşınındakı partlayıcının partlaması nəticəsində həlak olub.

Bu yük maşınının partlayıcıları müqavimət qruplarının tunellərini bombalamaq və onları məhv etmək üçün istifadə edilməli idi.

İsrail ordusu bu gün Qəzzada son 24 saatda baş verən qarşıdurmalar zamanı bu rejimin 27 əsgərinin yaralandığını açıqlayıb.

Digər tərəfdən, HƏMAS-ın hərbi qanadı olan Əl-Qəssam Briqadaları yük maşınının partlamasını elan etdikdən sonra bu hərəkatın snayperlərinin Qəzzada Əl-Bəric düşərgəsinin mərkəzində yerləşən sionist əsgərlərdən dördünü öldürməyə müvəffəq olduqlarını bildirib.

Bu 4 sionist əsgərin ölümü ilə birlikdə İsrail ordusunun ölənlərin sayı 524-ə çatıb ki, bu da son iki gündə yüksək rəqəmdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × two =