İsrail ordusunun 36-cı diviziyası Qəzzadan geri çəkilib

İsrail ordusunun 36-cı diviziyası Qəzzadan geri çəkilib

İsrail mənbələri sionist ordunun 36-cı diviziyasının Qəzzadan tamamilə geri çəkildiyini bildirdilər;

İsrail və Fələstin xəbər mənbələri bildiriblər ki, sionist hərbçilər Fələstin müqavimətinin hücumlarına qarşı çıxa bilmədikdən sonra öz qüvvələrinin daha bir hissəsini Qəzzadan çıxarıblar.

 “İsrail Hyum” qəzeti İsrail ordusunun 36-cı diviziyasının Qəzzadan geri çəkildiyini bildirib. Bu diviziyaya 6-cı və 7-ci diviziya, 188-ci mühəndis bölməsi və Qolan briqadasının qüvvələri daxildir.

Sionist mənbələr iddia edir ki, 36-cı diviziya öz imkanlarını bərpa etmək, təlim keçmək və gücünü artırmaq üçün Qəzzanı tərk edib və onun hansı bölgəyə köçürüləcəyi hələ məlum deyil.

36-cı diviziyanın geri çəkilməsi ilə Qəzza zolağında İsrail ordusunun yalnız üç diviziyası qalıb: Qəzzanın şimalına hücum etmək üçün 162-ci diviziya, Qəzzanı iki hissəyə, şimala və cənuba ayıran keçidləri tutan 99-cu diviziya və Xan Yunisə hücum üçün nəzərdə tutulan 98-ci diviziya.

İsrail mənbələrinin məlumatına görə, 36-cı diviziya qüvvələri Əl-Şeyx Əcəliyyə, Ər-Rəmmal, Əz-Zeytun, Əş-Şucaiyyə, Ən-Nusirat və Əl-Bəric bölgələrində Fələstin müqavimət qüvvələri ilə döyüşüb.

1995-2000-ci illər arasında İsrailin daxili təhlükəsizlik təşkilatının (Şin Bet/Şabak) rəhbəri olan “Ami Ayalon” bu geri çəkilmələrin mahiyyəti haqqında belə deyib: “İsrail Qəzzada müharibəni heç vaxt qalib olaraq tərk etməyəcək, hətta Yəhya Əs-Sənvara sui-qəsd edə bilsə belə.”

Şabakın keçmiş rəhbəri əlavə edib: Fələstinlilərin təslim olacağına inanan hər kəs nə fələstinliləri, nə HƏMAS-ı, nə də bu əsrin radikal islami hərəkatlarını tanımır.

Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah İsrail liderlərinin bu rejim qüvvələrinin Qəzzadan çıxarılması ilə bağlı əsaslandırmalarına istehza edərək deyib:

Sionistlərin geri çəkilməsindən sonra HƏMAS və İslami Cihad mücahidləri bu əraziyə nəzarəti ələ keçirdilər. Bəs, İsrail üçün nailiyyət nə idi?

İsrail müqaviməti aradan qaldıra bilmədi və indi HƏMAS hökuməti Qəzzanın bütün şimal bölgələrinə nəzarət edir.

İsrail Qəzzanın şimalından Tel-Əvivə atılan raketləri belə dayandıra və bir məhbusu belə sağ olaraq azad edə bilmədi.

Qəzzada sionistlərin ağır itkilər verdiyi bildirirlir.

İsrail ordusu Qəzza zolağında quru müharibəsi başlayandan bəri 180 əsgərini itirdiyini iddia edir, lakin Fələstin müqavimət qüvvələri itkilərin sayının İsrail ordusunun açıqladığı statistikadan xeyli çox olduğunu israr edir.

Bundan əvvəl İsrailin “Haaretz” qəzeti də xəbərində bu məsələyə toxunmuş və İsrail xəstəxanalarının hərbçilərin yaralı sayı ilə bağlı qeyd etdiyi statistikanın ordunun açıqladığı statistikadan qat-qat çox olduğunu ortaya qoymuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + fourteen =