İsrail ordusunun İran əleyhinə yeni fərziyələri
Sionist rejim ordusunun mətbuat katibi İran əleyhinə yeni fərziyələr səsləndirib.
Əl Aləm telekanalının məlumatına əsasən, Riçard Haxt bu gün (12 oktyabr) səhər tezdən Amerikanın CNN telekanalı ilə müsahibəsində deyib: İran Həmasın hücumlarına birbaşa müdaxilə edərsə, vəziyyət daha da gərginləşəcək.
Riçard Haxt bu sözləri elə bir zamanda deyib ki, dünən Həmas siyasi bürosunun katibi İsmayıl Həniyyə Əl Əqsa Tufanı əməliyyatının qərarının verilməsindən icrasına qədər tamamilə Fələstinə aid olduğunu demişdi. Həmas rəhbərlərindən olan Əli Bərəkə də Fələstin müttəfiqlərinin Əl Əqsa Tufanı barədə heç bir məlumatının olmadığını elan etmişdi. Hətta ABŞ belə Həmasın İsrailə hücumunda rəsmi Tehranın rolu olmadığını da etiraf etmişdi. Cek Sullivan demişdi ki, bu yerə qədər Həmasın İsrailə hücumunda İranın rolu barədə heç bir fakt əldə etməmişik.