İsrail Prezidenti Blinkenlə görüşüb, ABŞ-yə təşəkkür edib
![İsrail Prezidenti Blinkenlə görüşüb, ABŞ-yə təşəkkür edib](https://sizinyol.org/wp-content/uploads/2024/02/65c3c8181c02165c3c8181c022170732956065c3c8181c01f65c3c8181c020.jpg)
İsrail yaxın gələcəkdə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşacağına ümid edir.
Bu barədə İsrail Prezidenti İsaak Hersoq ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündə deyib.
Dövlət başçısı Fələstinlə münaqişənin kəskinləşməsi fonunda ABŞ-nin İsrailə göstərdiyi dəstəyə görə Blinkenə təşəkkür edib, Qəzza zolağında girovların tezliklə azad ediləcəyinə ümidvar olduğunu bildirib.
Fələstin-İsrail münaqişəsinin gərginləşməsindən əvvəl yəhudi dövlətinin hakimiyyət orqanları Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşdırmaq istəklərini dəfələrlə bəyan ediblər.
22 sentyabr 2023-cü ildə İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərək, tərəflərin Yaxın Şərqdə sülh və rifahın yeni dövrünü açacaq diplomatik münasibətlər qurmağa yaxınlaşdıqlarını söylədi.