İsrail Putinə sərt cavab verdi: “Bizə mühazirə oxumaq lazım deyil”

İsrail Putinə sərt cavab verdi: “Bizə mühazirə oxumaq lazım deyil”

İsrail müxalifətinin rəhbəri Yair Lapid Moskvanın Qəzzanı atəşə tutması ilə bağlı İsrailə qarşı ittihamlarına sərt reaksiya verib.

O, bu barədə «Dojd» telekanalına müsahibə verib.

“Rusiyanın mövqeyi bizi heç də təəccübləndirmədi. Bu, Moskvanın heç bir bəraət qazana bilməyəcəyi kirli mövqeyidir. Biz Ukraynaya hücum edən adamın terror mövzusunda mühazirələrinə qulaq asmayacağıq. Rusiyanın HƏMAS-ın tərəfinə keçməsi bu gün İranın Rusiyanın xarici siyasətinə təsirini bir daha ortaya qoyur. Ukraynadakı müharibə səbəbindən Rusiya İrandan, xüsusən də İranın pilotsuz təyyarələrindən çox asılıdır. Və Putinin islam fundamentalistlərinin tərəfini tutması mənim üçün tamamilə absurddur. Bir anlığa təsəvvür edin ki, hansısa terror qruplaşması Moskvada 1200 nəfəri öldürüb, 240 nəfəri girov götürüb. Bu halda prezident Putin nə edəcək? Sizi inandırıram, o, bizdən yüz qat artığını edərdi…, – deyə Lapid qəzəblənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 4 =