“İsrail qəddar hərəkətlərdən əl çəkməlidir” – Amnesty İnternational
Beynəlxalq Amnistiya Təşkilatı İsraili Qəzzanın blokadasını “dərhal” ləğv etməyə çağırıb.
Təşkilat mülki şəxslərin “kollektiv cəzalandırılmasının” müharibə cinayəti olduğunu xatırladıb.
“İsrailin əhalinin sıx məskunlaşdığı ərazini blokadaya alması humanitar fəlakəti daha da pisləşdirəcək”, – bəyanatda deyilir.
“Qəzzanın mülki əhalisinin kollektiv şəkildə cəzalandırılması müharibə cinayətinə bərabərdir. Bu qəddar və qeyri-insani addımdır.
Qeyd edilir ki, Fələstin vətəndaşları HƏMAS və digər silahlı qrupların cinayətlərinə görə məsuliyyət daşımır və onlar əziyyət çəkməməlidir.