İsrail Qəzzəyə hücumunda ağ fosfor maddəsindən istifadə edib

İsrail Qəzzəyə hücumunda ağ fosfor maddəsindən istifadə edib

Fələstin mediaları sionist rejimin Qəzzə zolağının Həyyul Kəramə məntəqəsinə hücumlarında qadağan olunmuş ağ fosfor maddəsindən istifadə etdiyini sübut edən faktlar yayımlayıb.

Əl Aləm telekanalının məlumatına əsasən, sionist rejim bu gün səhər (11 oktyabr) Həllul Kiramə məntəqəsinə hücum edərək ağ fosfor maddəsindən istifadə edib.

Fələstin daxili işlər nazirliyi elan edib: İşğalçı təyyarələr və artilleriya davamlı hücumlarla Həyyul Kiraməni viran edir. Şiddətli hücumlar və yolların dağılması səbəbindən yaralıların daşınması üçün təcili yardım maşınları oraya daxil ola bilmir.

Xatırladaq ki, Ağ fosfor bombası, fosfor kimyəvi elementinin allotropik şəkildəyişmələrindən birindən hazırlanır və silah olaraq istifadə edilir. Toksik xüsusiyyətlərə malik olub, digərlərinə nisbətən daha ölümcül silah olaraq bilinir. Ağ fosfor, duman maskalanmasında, işıqlandırmada (hədəf təyini) və yanğın silahı olaraq hərbidə istifadə sahəsi tapmışdır. Bu maddə pirofordur (hava ilə təmasda olduğu zaman öz-özünə yanır). Şiddətlə yanaraq geyimi, yanacağı, silahları və digər yanıcı maddələri yandıra bilir. Bu xüsusiyyətlərinə əlavə olaraq, duman əmələ gətirən vasitə kimi ağ fosfor havadakı oksigen ilə reaksiyaya girərək ani vaxt ərzində fosfor (V) oksid (P2O5) buxar təbəqəsi əmələ gətirir. 

20-ci əsrin əvvəllərində isə Britaniya ordusu və ABŞ ordusu tərəfindən istifadə edilməyə başlanmışdır. Daha sonra Rusiya tərəfindən Birinci və İkinci Çeçen müharibəsində istifadə edilmişdir. Ağ fosfor bombaları həmçinin Vyetnamda “Viet Cong” tunel komplekslərini məhv etmək üçün də istifadə edilmişdir. Çünki o, tuneldəki bütün oksigenlə reaksiyaya girib yanır və içərisinə sığınan düşmən əsgərlərini boğurdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 4 =